Şikayət edəcəklər
İtaliya A Seriyası rəhbərliyi tərəfindən ağır cəzaya məruz qalan “Yuventus”, hesabından 15 xal silinməsinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı bəyanata görə, “qoca sinyora” apelyasiya şikayəti edəcək:
“Yuventus” tərəfi qərarın əsaslandırıcı hissəsinin dərcini gözləyir və İdman Ədaləti Məcəlləsinin müddəalarına uyğun olaraq İdman Arbitraj Şurasına müraciət edəcəyini elan edir”.
Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib. Eyni zamanda, klub rəhbərliyində yer almış Paratiçi 2.5, Andrea Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 aylıq diskvalifikasiyaya məruz qalıb.
Bizi Facebook-da izləyin