Şeydayevlə İsrafilov mübahisə etdi, Qarayev dalaşmaq istədi, Yurçeviç izlədi – açıqlama
Avropa çempionatının seçmə mərhələsinə Slovakiyadakı oyunla (0:2) yekun vuran Azərbaycan millisinin düşərgəsində xoşagəlməz hadisə baş verib.
Komanda.az xəbər verir ki, ev sahibləri ilə görüşün fasiləsində komandamızın paltardəyişmə otağı “savaş meydanı”na dönüb.
Ramil Şeydayev ilk hissədə qeyri-fəallığı ilə yadda qalan Eddi İsrafilova sərt etirazını bildirib. Eddiyə passiv və istəksiz oynamasını irad tutan Ramil “sənin kimilər bu formanı geyinməməlidir” deyib.
İsrafilov komanda yoldaşına “sən mənə heç nə deyə bilməzsən” cavabı verincə, ara qarışıb. Şeydayevin müdafiəsinə qalxan Qara Qarayev Eddiyə tərəf gedib. Bu zaman digər futbolçular araya girərək, onların əlbəyaxa olmasının qarşısını güclə alıb. Baş məşqçi Nikola Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə qarışmayıb, sakitcə bir kənara çəkilərək yaşananları izləyib.
İsrafilov bundan hiddətlənərək, formasını əynindən çıxarıb və “mən meydana çıxmıram” söyləyib. Onun duş qəbul etməyə getdiyini görən baş məşqçi Elvin Camalova ikinci hissədə meydana çıxmağı tapşırıb. (sportinfo)
Məsələ ilə bağlı “qafqazinfo” Ramil Şeydayevlə əlaqə saxlayıb. Moskva “Dinamo”sunda çıxış edən forvardın cavabı qısa olub: “Bu suala cavab vermək olmaz”.
Bizi Facebook-da izləyin