Şeydayev yenə ehtiyatda qaldı, “Dinamo” xal itirdi
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Ramilin sabiq komandası – “Krılya Sovetov”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sabiq klubu ilə qarşılaşmada sonadək ehtiyatda qalıb.
“Dinamo” 8 turdan sonra 9 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin