“Sevilya”dan Fransa klubuna
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Sevilya” klubunun müdafiəçisi Joris Nyanonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı fransalı futbolçu 1 illik icarəyə götürülüb.
“Renn” Nyanon üçün doğma klubdu. Belə ki, gənc futbolçu məhz bu komandanın yetirməsidi. O, 2018-ci ildə Liqa 1 təmsilçisindən “Sevilya”ya transfer olunsa da, La Liqa klubunda təsadüfi hallarda meydana çıxırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin