“Sevilya” “Real”ın futbolçusu ilə gücləndi
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin bu yay həyata keçirdiyi ilk transfer Madrid “Real”ından olub.
Belə ki, Andalusiya təmsilçisi paytaxt klubunun yarımmüdafiəçisi Oskar Rodriqesi heyətinə qatıb. 22 yaşlı ispan futbolçu ilə beş illik müqavilə imzalanıb.
“Real”ın əsas komandasında rəsmi oyun keçirməyən Oskar, son mövsümü icarə əsasında “Leqanes”də keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin