Şevçenko: “Biz öz xalqımıza köklənirik”
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko komandanı AÇ-2024-ün seçmə mərhələsinin İngiltərə ilə oyunundakı (1:1) nəticə münasibətilə təbrik edib.
Komanda.az xəbər verir ki, Şevçenko bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Ukrayna millisini və baş məşqçi Sergey Rebrovu vacib heç-heçə və çətin oyun münasibətilə təbrik edirəm. İnanılmaz köklənmə və komanda fədakarlığı! Stadiondakı inanılmaz atmosferə görə bütün azarkeşlərə təşəkkür edirik! Biz öz xalqımıza köklənirik”.
İngiltərə millisi beş oyundan sonra 13 xalla C qrupunun turnir cədvəlində birinci yerdədir. Ukrayna yığması isə dörd oyundan sonra 7 xalla ikinci yerdə qərarlaşıb. Sabah baş tutacaq növbəti oyunda Ukrayna səfərdə İtaliya millisi ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin