Sertan Taşkının komandasından səfər heç-heçəsi
Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” “Göztəpə” ilə qarşılaşıb.
Oyun qolsuz başa çatıb – 0:0. Sertan start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
“Manisa” bu nəticədən sonra 27 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin