Sertan qovuldu, komandası qələbəni əldən verdi

Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” evdə “Gənclərbirliyi” ilə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib – 1:1. Sertan start heyətdə meydana çıxıb. O, 67 və 76-cı dəqiqələrdə aldığı sarı vərəqələrə görə meydanı erkən tərk etmək məcburiyyətində qalıb.

“Manisa” bu nəticədən sonra 28 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button