“Serbiya ilə oyunda əlimizdən gələni etdik” – De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığmasına qarşı keçirdikləri səfər oyunundan danışıb.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları matç barədə “Radio Bruno”ya açıqlamasında bunları söyləyib:
“Serbiya ilə oyunda sonadək mübarizə apardıq. Amma rəqibimiz bizdən güclü idi. Bütün futbolçular bacarıqlarının yüz faizini ortaya qoydu. Əlimizdən gələni etdik. İkinci hissəyə də müdafiədə yaxşı başlayacağımızı ümid edirdim. Amma təəssüf ki, istəyimiz baş tutmadı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin