Semedo “Trabzonspor”da – RƏSMİ
“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa klubu Kabo-Verde yığmasının hücumçusu Djanini Semedonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Canini yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçu azad agent statusu daşıdığı üçün trabzonlular bu transferə görə əlavə xərcə düşməyiblər.
Semedo “Trabzonspor”da ilk iki mövsümündə 1 milyon 300 min, sonuncu mövsümündə isə 1 milyon 400 min avro gəlir əldə edəcək.
Canini son olaraq Səudiyyə Ərəbistan təmsilçisi “Əl-Əhli”də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin