İspan futbolçu “Atletiko”nu tərk etməyə hazırlaşır
“Atletiko”nun yarımmüdafiəçisi Saul Niqes yaxın vaxtlarda komandasını dəyişmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun start heyətdə daimi yeri yoxdur, ona görə də, mövsüm ərzində mətbuatda yarımmüdafiəçinin gedişi ilə bağlı şayiələr yayılıb. İndi hər şey Saulun bu yay “Atletiko” ilə yollarını ayıracağına doğru gedir.
İspan futbolçunun maraqlarını təmsil edən agenti onun üçün yeni komanda axtarışındadır.
Saul Niqes “Atletiko”nun yetirməsidir. O, bu komanda ilə 427 oyun keçirib, 48 qol vurub və 26 məhsuldar ötürmə edib. Saulun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin