Samir Abasov: “Rəqib qapıçıdan narazı idim”

“Zirə”nin baş məşqçisi Samir Abasovun Premyer Liqanın 3-cü turunda “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abasov 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

  • Gözləmədiyimiz qol buraxdıq. İkinci hissədə xarakter göstərdik. Ən azından 1 xal hesabımıza gəldi. Futbolçularım möhtəşəm xarakter göstərdilər. Bəzən bizi buna görə qınayırdılar ki, xarakter göstərmirlər. Azarkeşlərimiz də sağ olsunlar. Onların dəstəyi ilə hesabı bərabərləşdirdik. Daha irəli gedib, yaxşı olacağıq.
  • Bu gün 2 xal itirdiyinizi düşünürsüz, yoxsa 1 xal qazandığınızı?
  • Buna görə mövsümün sonunu gözləməliyik. Onda biləcəyik, 2 xal itirdik, yoxsa qazandıq. Futbolçularımın göstərdiyi əzmkarlıq məni sevindirdi. İndi bilmirəm 1 xal qazandıq, yoxsa 2 xal itirdik.
  • 2-ci hissədə etdiyiniz dəyişikləri ilk hissədə etməyi düşünmədizmi?
  • Oyundan əvvəl Xulio Sezar zədələndi. Reqlamentə görə bəzi dəyişikliklər etməliydik. Sezarla oyundan əvvəl danışanda dedi ki, oynayandan 10 dəqiqə sonra zədələnsəm, sizin üzünüzə baxa bilmərəm. Fikirləşdik ki, Xulionu saxlayaq.
  • Mfo Kqasvanenin oyunu necə idi?
  • Sevdiyim oyunçudu. Yaxşı futbolçudu. İkinci hissədə də yaxşı oyun sərgilədi.
  • Oyunda aqressiv idiz, bu, nə ilə bağlıydı?
  • Rəqibin qapıçısından narazı idim. Vaxt aparırdılar. Narazılığım bu yöndə idi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button