“Şalke”dən “Borussiya”ya
Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, ötən mövsümü 5-ci pillədə başa vuraraq Avropa Liqasında mübarizə aparmaq hüququ qazanan Bundesliqa klubu elitanın digər təmsilçisi “Şalke”nin isveçrəli ulduzu Brel Embolonu transfer edib.
Bu barədə Münhenqladbax klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Embolo 2016/17 mövsümünün əvvəlində 26 min avroya “Bazel”dən “Şalke”yə transfer edilmişdi. O, Almaniya klubu ilə 61 oyuna çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Bu müddət ərzində 3 dəfə ağır zədə keçirən forvard, İsveçrə yığmasında 32 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin