Salah qayıtdı
“Liverpul”un vingeri Məhəmməd Salah zədəsini sağaldıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, misirli hücumçu komanda ilə ümumi məşqlərə qayıdıb. Futbolçu qarşıdakı matçlarda meydana çıxa biləcək.
Salah Afrika Millətlər Kubokunda çıxış edərkən Misir millisində omba nahiyəsindən zədə alıb. O, yanvarın 18-dən etibarən meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin