Şahruddin yenidən “Qarabağ”da – Rəsmi
“Qarabağ” Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.
Məhəmmədəliyev 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper “Qarabağ”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan millisində 29 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin