“Şah” oynayacaq, suallara cavab verəcək

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Amerikanın “USChesshub” təşkilatı tərəfindən təşkil edilən və “chess.com” saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

Komanda.az xəbər verir ki, şahmatçımız 20 nəfərlə seans oynayacaq. Həmin 20 nəfər 45 dəqiqə+10 saniyə, Məmmədyarov isə 90 dəqiqə+10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi olacaq. Həmin mərhələ “Zoom” proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı digər məşhur qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

Həmin yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır.

Sözügedən seans may ayının 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button