“Şadam ki, vurduğum qol komandaya kömək etdi” – Martines
“İnter”in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının 1/4 finalının “Benfika” ilə cavab görüşünü (3:3) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard xoşbəxt olduğunu söyləyib:
“Çox xoşbəxtəm. Biz vacib məsələni həll etdik. Uzun müddət idi ki, qol vurmurdum. Şadam ki, vurduğum qol komandaya kömək etdi. Eyni tempdə davam etməliyik. Qol vura bilməsəm də, hər zaman komandama kömək etməyə hazıram”.
İki oyunun nəticəsinə əsasən, “İnter” Portuqaliya təmsilçisini 5:3 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.
Növbəti mərhələdə onların rəqibi “Milan” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin