Benites “Liverpul”u təriflədi: “Hər kəs meydanda nə etməli olduğunu bilir”

“Liverpul” İngiltərə çempionatının 27-ci turunda “Nyukasl”ın qapısına iki cavabsız qol vuraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, “qırmızılar”ın sabiq baş məşqçisi Rafael Benites matçda baş verənləri şərh edib:

“Oyunçuları bir-biri üçün işləyən əqli cəhətdən güclü komanda gördüm. Hər kəs meydanda nə etməli olduğunu bilir. Bu, oyunçuların öz qabiliyyətlərinə inamını hiss edə biləcəyiniz bir komandadır”.

Benites 2004-2010-cu illərdə “Liverpul”u çalışdırıb və 2005-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button