“Sabah”ın şikayəti təmin edilmədi
AFFA “Sabah” klubunun şikayətini təmin etməyib.
Komanda.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi AFFA İntizam Komitəsinin (İK) Gənclər Liqasında “Araz-Naxçıvan”la oyundakı qərarından narazı qalıb.
İK matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüş dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb.
“Sabah”ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin