“Sabah”ın “Makkabi” ilə ilk oyununda belçikalı hakimlər

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Makkabi” (Hayfa, İsrail) – “Sabah” (Azərbaycan) görüşünü belçikalı hakimlər briqadası idarə edəcək.

Komanda.az xəbər verir ki, baş hakim Natan Verbumenə yan xətt hakimləri Matias Hillart və Ruben Vins kömək edəcək.

Uesli de Kremer isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Macarıstanın Kişvarda şəhərindəki eyniadlı stadionunda keçiriləcək bu matç iyulun 25-də, saat 21:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button