“Sabah”ın məşqçisinə 5 oyunluq cəza
AFFA-nın İntizam Komitəsi “Sabah” klubunun 16 yaşadək oğlanlardan ibarət komandasının məşqçisi Nəbi Nəbizadəni 5 oyunluq cəzalandırıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, buna səbəb onun U-16 Liqasında keçirilən “European Football Academy” – “Sabah” matçında hakimlər briqadasını təhqir etməsi olub.
“European Football Academy”nin 17 yaşadək oğlanlardan ibarət komandasının üzvü Kənan Aslan isə 4 oyunluq cəzalandırılıb. Buna səbəb futbolçunun “Neftçi”nin U-17 komandasına qarşı görüşdə hakimi təhqir etməsi olub.
İntizam Komitəsi Yüksək Qızlar Liqasında Ağcabədini təmsil edən “Olimpiya” klubuna isə 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb “Olimpiya”nın digər Ağcabədi təmsilçisi “Baku Juniors-Olimpiya” ilə matça gəlməməsi olub.
Bizi Facebook-da izləyin