“Sabah”ın futbolçusu Gürcüstanda ən yaxşı seçildi
“Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “LeaderBet Cup” turnirində iştirak edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın komandası turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb. “Sabah” ilk matçda Tbilisinin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb (1:4). Görüşdə “Sabah”ın yeganə qolunu Əhməd Tarverdiyev vurub.
İkinci oyunda isə “Sabah” yerli “Saburtalo” komandasından olan həmyaşıdları ilə üz-üzə gəlib. Oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah”ın qollarına Ramil Nurəhmədov və Tuncay Yusifli imza atıblar.
“Sabah”ın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin