“Sabah”ın FIBA Avropa Kubokundakı daha bir rəqibi müəyyənləşdi

“Sabah” basketbol komandasının FIBA Avropa Kubokunun qrup mərhələsindəki daha bir rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Yunanıstanın “Marussi” kollektivi “bayquşlar”ın rəqiblərindən biri olacaq.

“Sabah”ın İsveçin “Norrçepinq Dolfins” klubu ilə qarşılaşacağı isə daha əvvəl bəlli olmuşdu.

Qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button