“Sabah”ın Çempionlar Liqasındakı rəqibi məlum olub

Kişilərdən ibarət “Sabah” basketbol klubunun Çempionlar Liqasında rəqibi məlum olub.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də baş tutacaq.

Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.

Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq “Sabah” təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button