“Sabah”ın baş məşqçisinin darıxmağa vaxtı yoxdur
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “Krasnodar”ın sabiq baş məşqçisi keçmiş komandası və Rusiya futbolu haqda danışıb:
“Rusiya futbolu üçün darıxmıram. İndi bütün fikrim öz işimi yaxşı görməklə bağlıdır ki, bizim komandamız avrokuboklara düşsün. Çox şeyi dəyişib, irəli addım ata bilmişik. Vacib olan bütün bunları sabitləşdirməkdir. İş çoxdur, darıxmağa vaxt yoxdur. “Krasnodar”ı həmişə xatırlayacam. Bu klub mənim bir parçamdır. “Krasnodar” barədə yalnız müsbət xatirələrim var”.
Musayev Rusiya Futbol İttifaqında UEFA-nın “Pro” məşqçilik kateqoriyası alıb. O, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Vasili və Aleksey Berezutski qardaşları ilə birlikdə 2020-ci ildən keçdiyi kursları müvəffəqiyyətlə başa vurub.
Bizi Facebook-da izləyin