“Sabah”dan Konfrans Liqasının ev oyunları ilə bağlı qərar

Ölkə çempionatının son mövsümünü gümüş medalla başa vuran “Sabah” növbəti mövsümdə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.

Klubdan Komanda.az-a verilən məlumata görə, “Sabah” ilk dəfə çıxış edəcəyi avrokuboklarda ev oyunlarının bilet satışından əldə ediləcək gəlirin bir hissəsini 2020-ci ildə ordumuz tərəfindən azad olunmuş torpaqlarımızın bərpası üçün ayıracaq. Belə ki, satılacaq hər biletdən 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button