“Sabah”dan getmək istəmirəm” – Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Araz Naxçıvan” yaxşı komandadır. Onlarla oyunda özün öz qapına iki qol vurursansa, heç kim günahkar deyil. Günahkar bizik. Nəticə qanunauyğundur.
Nicat Mehbalıyev ötən turda zədə almışdı. Buna görə yenidən Yusif İmanova şans vermişdik. Buraxılan qola gəldikdə, olmamalı idi.
Biz özümüz günahkarıq. Çox asandır kimisə günahlandırmaq. “Səbail”lə matçdan sonra oyuna belə köklənməməlisən. Qışda yeni futbolçular gətirmək planımız yoxdur.
Bu mövsüm ərzində Rusiya Premyer Liqasından mənə 2-3 yaxşı təklif olmuşdu. Getsəydim, ora gedərdim. Amma “Sabah”dan getmək istəmirəm”.
Bizi Facebook-da izləyin