“Sabah”da yeni debütant
Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, “Sabah” bu turda evdə “Neftçi” ilə qarşılaşıb.
“Bank Respublika Arena”da baş tutan matçda meydan sahiblərinin yeni transferi Boyan Letiç Premyer Liqada debüt edib. Qarşılaşmaya start heyətində başlayan Letiç, sona kimi meydanda olub.
Bosniya və Herseqovinadan olan müdafiəçi, həmyerlisi Mario Marinadan sonra “Sabah”da şans qazanan ikinci bosniyalı futbolçu kimi klubun tarixinə düşüb. Mario 2019/20 və 2020/21-ci illər mövsümlərində bu komandanın uğurları üçün çalışmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin