“Sabah”a iki qol vurmaq futbolçularıma inam verir” – Ayxan Abbasov
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində qarşılaşdıqları “Sabah”la səfər oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Səfərdə “Sabah”la matçda bir xal qazanmaq da bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya bir neçə oyun lazımdır. Futbolçularım müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq. Amma ruhdan düşmədik, iki qol vurduq. “Sabah”a iki qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaqlar. Ümid edirik ki, bu mövsüm həm “Zirə”, həm də “Sabah” qruplarda ölkəmizi təmsil edərlər.
Oyun baxımdan artırmalıyıq. Bu gün birinci oyuna görə razı qaldıq. Amma çətin oyunlarımız var, bizim üçün asan olmayacaq. Gənc futbolçular üçün də böyük şansdır. Həmişə gileylənirik ki, gənc futbolçulara şans verilmir. Həqiqətən, potensiallı futbolçularımız var. Komandama inanıram. Elə bura da, inanaraq gəlmişəm. Bir-iki futbolçunun da olmasını istəyərdik. Brahim Konate də zədəlidir. Bu mövsüm əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. İstədiyimiz oyunu hələ ki, görmürəm. Bundan yaxşı olmağa çalışacağıq. Pulumuz bitənə kimi transfer edəcəyik. Hələ ki, pulumuz qalıb”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin