“Sabah” üçün əlamətdar oyun
Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la ev oyunundakı qələbə “Sabah” üçün əlamətdar olub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3:1 hesabı ilə qalib gələn Bakı klubu ölkə çempionatlarında öz meydanında 30-cu dəfə 3 xal qazanıb.
Premyer Liqada 2018-ci ildə debüt edən paytaxt təmsilçisi buna 75-ci matçında nail olub. “Sabah” ölkə çempionatları tarixinə evdə 30 və daha çox qələbə qazanan 24-cü komanda kimi düşüb.
Bakılıların ilk belə uğuru 2017/18 mövsümünə təsadüf edib. 2018-ci il sentyabrın 16-da “Qəbələ”ni qəbul edən “Sabah” 1:0 hesabı ilə qalib gəlib.
Murad Musayevin baş məşqçisi oldu kollektiv cari mövsümdəki qələbəsizlik seriyasına da son qoyub. 1-ci turun avqustun 6-da keçirilən “Qəbələ” ilə ev görüşündə 5 cavabsız qol vuran “Sabah” sonrakı 7 görüşdə 4 heç-heçə edib və 3 məğlubiyyət alıb. “Sumqayıt”la matçadək ardıcıl 3 sülhə imza atan komanda 76 gündən sonra qələbə sevinci yaşayıb.
Bizi Facebook-da izləyin