“Sabah” “sükan”ı ispan məşqçiyə tapşırır – tezliklə rəsmən açıqlanacaq
Bir neçə gün öncə xorvat Jelko Sopiçi istefaya göndərən “Sabah” ispan məşqçiyə tapşırıla bilər.
Komanda.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun baş məşqçi postunda əsas namizədlərdən biri də ispan mütəxəssisdi.
Lakin həmin mütəxəssisin adı hələlik, gizli saxlanılır. Əldə etdiyimiz məlumata görə, sözügedən məşqçi postsovet məkanında çalışıb. Onunla anlaşma böyük ölçüdə həll olunub. Təyinat isə yaxın zamanda rəsmən açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin