“Sabah” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Premyer Liqanın 30-cu turunun “Sabah” – “Qarabağ” oyununun biletləri satışa çıxıb.

Komanda.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-qarabag-fk14.04/115178), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

“Sabah” – “Qarabağ” matçı aprelin 14-də, saat 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button