“Sabah” portuqaliyalı futbolçunu transfer etmək istəyir
Portuqaliyanın “Eştoril” klubunun futbolçusu Juanzinyo karyerasını Azərbaycanda davam etdirə bilər.
Komanda.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, “Sabah” 34 yaşlı cinah müdafiəçisini transfer etmək istəyir.
Macarıstan klubu “Dioşdyor” da portuqaliyalı ilə maraqlanır. Juazinyonun “Eştoril”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
2019/20 mövsümündə Kiprdə APOEL-in formasını geyinən Juanzinyo “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçında meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin