“Sabah” “Makkabi”yə böyük hesabla qalib gəldi

“Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda səfərdə “Makkabi”nin (Hayfa) qonağı olub.

Qarşılaşma İsraildə deyil, Macarıstanda keçirilib. Azərbaycan təmsilçisi bu oyundan darmadağınla ayrılıb – 3:0.

Komandaların cavab oyunu avqustun 1-də baş tutacaq.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Makkabi (Hayfa) – Sabah 0:3
Qol: Pavol Şafranko, 62. Jesse Sekidika, 78. Xəyal Əliyev, 88.
Baş hakim: Natan Verbumen (Belçika)
Kişvarda (Macarıstan), Varkert stadionu.

Makkabi: Şarif Keuof, Daniel Sundqren, Lorenso Simiç, Aleksandr Sirota, Pyer Kornud, Mahmud Caber, Əli Məhəmməd, Lior Refaelov (k), Dolev Haziza, Frantzdi Pyerrot, Din David.
Ehtiyat oyunçular: Tomas Sultani, Qadi Kinda, Kennet Sayef, Suf Podqoreanu, Qoni Naor, İlai Haqaq, Abdulaye Sek, Hamza Şibli, David Dahan, Roey Elimeleç, Rami Gerson, Dia Sabia.
Baş məşqçi: Barak Baxar.

Sabah: Yusif İmanov, Boyan Letiç, Con İrasabal, Sofian Çakla, Amin Seydiyev, Elvin Camalov (k), İvan Lepinitsa, Coy Lens Mikels, Jesse Sekidika, Kahim Parris, Pavol Şafranko.
Ehtiyat oyunçular: Rüstəm Samiqullin, Nicat Mehbalıyev, Rəhman Daşdəmirov, Abdulla Xaybullayev, Ayaz Quliyev, Namik Ələskərov, Tellur Mütəllimov, Abdulla Rzayev, Camal Cəfərov, Amin Seydiyev, Xəyal Əliyev, Neqoş Kupuşoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button