“Sabah” mərakeşli futbolçu ilə müqavilə bağladı
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.
Mərkəz müdafiəçisi ilə müqavilənin müddəti 1+1 illikdir.
Maruan karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.
Yeni transfer 24 nömrəli formada çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin