“Sabah” Litva çempionuna məğlub olub

Litvada təlim-məşq toplanışında olan “Sabah” basketbol komandası sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu “Ritas”la üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 87:84.

Daha əvvəl Litvanın “Yonava” (68:97) və “Jalgiris” (62:94) klublarına uduzan “Sabah” Almaniya təmsilçisi “Rostock Seawolves”ə (72:71), Litvanın “Majeykyay” (76:57) və “Neptunas” (82:71) komandalarına qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button