“Sabah” ilk sınağından heç-heçə ilə ayrıldı

“Sabah” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, paytaxt təmslçisi Polşanın “Varta” komandası ilə üz-üzə gəlib.

Poznanlılarla görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb. Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1. 45-ci dəqiqədə Aleksey Kaşuk hesabı açsa da, “Sabah” 90-cı dəqiqədə üstünlüyü əldən verib.

“Sabah” hazırlıq çərçivəsində daha bir oyun keçirəcək. Murad Musayevin komandası 18 yanvarda Serbiya “Voyvodina”sı ilə qarşılaşacaq. “Sabah”ın Antalya toplanışı 19 yanvarda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button