“Sabah” ilk oyunda uduzdu

Kişi basketbolçulardan ibarət “Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, təmsilçimiz G qrupundakı ilk matçında Belçikanın “Spiru” kollektivinə uduzub.

Belçikadakı “Şarlerua Doum” arenada baş tutan qarşılaşma təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda növbəti görüşünü oktyabrın 16-da Yunanıstan təmsilçisi “Marussi”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button