Sabah ilin son qarşılaşmaları keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son qarşılaşmaları sabah keçiriləcək.
Komanda.az xəbər verir ki, dekabrın 19-da baş tutacaq ilk matçda “Azərreyl” və “Gəncə” komandaları üz-üzə gələcəklər.
GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 13:00-da başlayacaq. İlin son matçı isə həmin gün saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları arasında olacaq. Bununla həm də qadın voleybolçular arasında ölkə çempionatında 7-ci tura yekun vurulacaq.
13:00. “Azərreyl” – “Gəncə”
15:00. “Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin