“Sabah” FIBA Avropa Kubokunda rəqiblərini bu arenada qəbul edəcək

“Sabah” basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə rəqiblərini qəbul edəcəyi arena bəlli olub.

Komanda.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ev oyunları Bakı İdman Sarayında keçiriləcək.

FIBA Avropa Kubokunun qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button