“Sabah digər matçlardakı səhvləri etməməyə çalışacağıq” – “Ludoqorets”in baş məşqçisi

“Sabah “Ludoqorets” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, bu gün Bolqarıstan klubunun baş məşqçisi Georgi Dermendcievin mətbuat konfransı keçirilib. Bolqarıstanlı çalışdırıcı sabah maraqlı yarış olacağını bildirib:

“Qarabağ ən yaxşı klublardan biridir. Baş məşqçi Qurban Qurbanov çox güclü məşqçidir. O, 10 ildən artıqdır ki bu komandanı çalışdırır. Biz də böyük təcrübəylə gəlmişik. Çox maraqlı oyun olacağını düşünürəm.

Havanın isti olmasına baxmayaraq, çox gözəl matç olacaq. “Ludoqorets” də kifayət qədər güclü komandadır. “Qarabağ”dan çəkinmirik, yaxşı qarşılaşma olacaq.

Sabah digər matçlardakı səhvləri etməməyə çalışacağıq və bunun üçün müəyyən planlarımız var. Yaxşı hazırlaşmışıq.

“Qarbağ”ın matçlarına baxmışıq. Düşünürəm ki, rəqib komandanın oyunçuları da bizim matçları izləyib. Məncə, tərəflər bir-birini artıq tanıyırlar.

“Qarabağ”ın “Ludaqerts”lə strategiyaları oxşardır. Bəli, Bakıda “Qarabağ” tanındığı kimi, Bolqarıstanda da “Ludoqorets” tanınır. Hər iki komandanın oxşar cəhətləri var.”

“Qarabağ” – “Ludoqorets” matçı avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button