“Sabah” – “Beşiktaş” matçının hakimləri məlum oldu
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçına saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin