“Sabah”, “Adana Dəmirspor” və başqaları
2023/24 mövsümündə ilk dəfə avrokubokların təsnifat mərhələsində iştirak etmək hüququ qazanan klublarla bağlı statistika diqqət çəkib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah”ın da yer aldığı siyahıda avrokuboklarda debüt mövsümünü keçirən klublardan yalnız Türkiyə “Adana Dəmirspor”u pley-off mərhələsinə vəsiqə qazanıb.
Avrokuboklarda debüt edən komandalar:
- “Sabah” (Azərbaycan)
- “Adana Dəmirspor” (Türkiyə)
- “Eqnatiya” (Albaniya)
- “ÇSKA-1948” (Bolqarıstan)
- “Dukagini” (Kosovo)
- “Auda” (Latviya)
- “Hegelmann” (Litva)
- “Arsenal” (Monteneqro)
- “Penibont” (Uels)
2022/23 mövsümündə “Sumqayıt”da çıxış edən Vüsal İsgəndərli hazırda Albaniyanın “Eqnatiya” klubunda çıxış edir.
“Sabah” UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsində, “Partizan”la qarşılaşmada penaltilər seriyasında Serbiya təmsilçisinə uduzub və turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin