“Səudiyyə Ərəbistanı mənim ikinci ölkəmdir” – Benzema
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanında bəyəndiklərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunları deyib:
“Səudiyyə Ərəbistanı mənim ikinci ölkəmdir. Buradakı insanlar gözəldir, futbolu sevirlər və həvəslidirlər”.
35 yaşlı hücumçu yayda Səudiyyə Ərəbistanı çempionatına keçib. O, 13 matçda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin