“Səhvlərimiz çox oldu” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Nəticəni qırağa qoysaq, maraqlı oyun oldu. Səhvlərimiz çox oldu. Xüsusən də ilk hissədə. Bunu normal qəbul edirəm. Fasilədən sonra komandada dəyişiklik olur. Bu cür rəqiblərə qarşı oynamaq xoşdur. Yaxşı hücumlar gördük, dinamik və sürətli oyun izlədik. Futbolçularım çox əziyyət çəkdilər. Azarkeşlərə təşəkkürü bildirirəm. Əla atmosfer var idi. “Sabah”a uğurlar arzu edirəm.
Bu oyundakı çox səhvlər “Molde” ilə oyunda bizə kömək edəcək. Mütləq qalib gəlmək lazımdır. Əsas futbolçularımın formaya düşməsidir. Bu cür oyunlar onlara çox kömək edəcək.
Patrik Andradedə çox irəliləyiş var. Dünən qoşulublar komandaya. Yaxşı məşq də edə bilməyiblər. Risk etmək istəmirdim onu meydana buraxmaqla. Oyunun gedişatı buna gətirib çıxardı. Andrade son zamanlar üzərində çox çalışır. Məşqlərdə ən yaxşılardandır.
Bəzi epizodlardakı səhvlərə görə ilk hissədən sonra öz fikirlərimi Lunyova bildirdim. Ayın 27-28-dəki məşqlərimiz çox vacibdir. İstədik səfərə görə məşqlərimizi burda edək. Orada hava çox soyuqdur.
“Molde” neçə illərdir bu üslubda oynayır və bunu da çox yaxşı icra edir. Meydan amili də var. Suni örtük bizə mane olacaq. Onlar isə buna öyrəşiblər”.
Qurbanov Azərbaycan yığmasında yerli və ya əcnəbi məşqçinin təyinatına dair fikirlərini də bölüşüb: “Mənə belə suallar verməyin. Mənim səlahiyətlərimə uyğun deyil. Adımın milli ilə hallanması həmişə olub. Təkcə mən yox, başqa məşqçilərdə də eyni vəziyyətdir”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin