Şəhriyar Məmmədyarov finala çıxa bilmədi
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində finalçılar müəyyənləşib.
Komanda.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə dueldən məğlub ayrılıb.
Yarımfinal mərhələsinin ilk görüşündə bu rəqibinə uduzan şahmatçımız ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün armaggedon oynanılıb. Burada məğlub olan Məmmədyarov finala çıxa bilməyib.
Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.
Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.
Bizi Facebook-da izləyin