Səfərdə 60-cı heç-heçə
“Qəbələ” Premyer Liqada 60-cı səfər heç-heçəsinə imza atıb.
Komanda.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının ilk matçında gerçəkləşib.
“Qırmızı-qaralar” Gəncədə “Kəpəz”lə bərabərə qalıb – 2:2.
Bu, 2006-cı ildə Premyer Liqada debüt edən komandanın 244-cü səfər sınağı olub. “Qəbələ” bu matçlarda 60-cı dəfə sülhə imza atıb. 84 dəfə rəqib meydanında qalib gələn komanda 100 dəfə səfərdən xalsız dönüb.
Xatırladaq ki, Premyer Liqada ilk səfər heç-heçəsi 2006-cı il noyabrın 11-də gerçəkləşib. Həmin gün Tovuzda “Turan”a qarşı matç qolsuz başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin