“Səbail”in azarkeşi gəncəli fanatı bıçaqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün keçirilmiş “Səbail” – “Kəpəz” matçında iki komandanın azarkeşləri arasında dava düşüb.

Komanda.az xəbər verir ki, hadisə oyunun fasiləsində baş verib.

Tərəflər arasındakı mübahisə yekunda bıçaqlanma ilə nəticələnib. Belə ki, arenanı tərk edən bir neçə fanat arasında stadiondan çöldə davam edən dava gəncəli bir azarkeşin bıçaqlanması ilə yekunlaşıb.

Qarın nahiyəsindən bıçaqlanan həmin azarkeş dərhal xəstəxanaya çatdırılıb. Əməliyyat olunan azarkeşin həyati təhlükəsinin olmadığı bildirilir. Davanın digər iştirakçılarının polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button