
“Səbail”in Antalyadakı rəqibləri bəlli oldu
“Səbail”in qış fasiləsi üçün hazırlıq planı bəlli olub.
Komanda.az xəbər verir ki, sözügedən komanda qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Antalyada baş tutacaq təlim-məşq toplanışı yanvarın 3-də başlayacaq. “Dənziçilər” hazırlıq çərçivəsində yanvarın 8-də Polşanın “Legiya” (Varşava), 12-də Çexiyanın “Bohemians” (Praqa), 16-da isə Serbiyanın “Spartak” (Subotiça) klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.
Komanda yanvarın 17-da Bakıya qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin