“Səbail”də daha bir ayrılıq
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçisi Orxan Qurbanlı ilə vidalaşıb.
Bu barədə “dənizçilər”in sosial şəbəkə hesabında məlumat verilib. Qurbanlıya “Səbail” klubunun kollektivi adından beş gözəl və emosional mövsüm üçün təşəkkür edilib, ona uğurlar arzulanıb.
Qeyd edək ki, Orxan “Səbail”də Birinci Divizionda mübarizə apardığı dövrdən çıxış edirdi. O, bütövlükdə beş mövsüm idi paytaxt klubunun uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin